beteko.az

Bazar ertəsi, 19 Noy. 2018

Konsultasiya

Bunun qarşılığında isə Sizi narahat edən məsələlərin və problemlərin ən yüksək səviyyədə həll ediləcəyi barədə əminlik əldə etmiş olacaqsınız.

Layihələşdirmə mərhələsində bir çox hallarda sifarişçinin qarşısında professional qərarlar qəbul edilməsini tələb edən bir sıra məsələlər çıxır. Zəruri biliklərə malik olmadan isə bu kimi problemlərin öhdəsindən gəlmək kifayət qədər çətin olur. Lakin “Beteko Group” şirkətinin mütəxəssisləri köməyə gəlməyə və müştərilərinə konsultasiya (məsləhət) xidmətləri göstərməyə hər bir zaman hazırdırlar.

Məsələn, memarlıq layihələrinin hazırlanması zamanı professionallar müştərilərin əlində olan həll variantlarından ən optimalının seçilməsinə və gələcək obyektin büdcəsinin tərtib edilməsinə yardımçı ola və yaxud bunun mümkün olmadığı təqdirdə öz eskizlərini təklif edə bilərlər. Daha sonra isə “Beteko”nun mütəxəssisləri layihə icraçılarının – malgöndərənlərin və podratçıların seşilməsi ilə bağlı məsləhətlər verməyə və həmçinin tenderlərin təşkil edilməsinə yardımçı ola bilərlər. Layihə sənədlərinin yoxlanılması. İşlərin yerinə yetirilməsinin keyfiyyəti və müddətinə nəzarət, işin ayrı-ayrı mərhələlərinin qəbul edilməsi və obyektin dövlət komissiyasına təhvil verilməsi və s. məsələlərin hamısını “Beteko Group” şirkətindəki professionallara tapşırmaq olar. Bunun qarşılığında isə Sizi narahat edən məsələlərin və problemlərin ən yüksək səviyyədə həll ediləcəyi barədə əminlik əldə etmiş olacaqsınız.

joomla templates

Rambler's Top100
счетчик посетителей сайта