beteko.az

Şənbə, 22 Sent. 2018

Torpağın tədqiqi

“Beteko Group” şirkətinin mütəxəssisləri tərəfindən yerinə yetirilmiş mühəndis-geologiya işləri nəticəsində, nəinki yalnız tədqiq edilən ərazidə olan torpaq süxurlarının hazırkı vəziyyəti barədə zəruri məlumatlar əldə edilir. Bu işlər həm də tədqiq olunan ərazidə gələcəkdə baş verə biləcək geoloji dəyişikliklər barədə proqnoz sahibi olmağa imkan yaradır.

Gələcək obyektin tikintisi üçün düzgün sahənin seçilməsi - ən mühüm əhəmiyyətli məsələlərdən biridir. Son zamanlar, layihə işlərinin bu mərhələsinə getdikcə daha çox diqqət ayrılmağa başlanmışdır. Çünki, hər hansı bir tikili üçün savadlı şəkildə düzgün yerin seçilməsi həm tikintinin müvəffəqiyyətli şəkildə aparılmasının zəmini, həm də ki, obyektin uzunmüddətli xidmət edəcəyinin sığortasıdır. Əksinə, tikinti işləri üçün sahə seçimində edilmiş səhv - ən azı maliyyə itkiləri ilə sonunclanacaq ciddi nəticələrə gətirib çıxara bilər.

“Beteko Group” şirkətinin mütəxəssisləri tərəfindən yerinə yetirilmiş mühəndis-geologiya işləri nəticəsində, nəinki yalnız tədqiq edilən ərazidə olan torpaq süxurlarının hazırkı vəziyyəti barədə zəruri məlumatlar əldə edilir. Bu işlər həm də tədqiq olunan ərazidə gələcəkdə baş verə biləcək geoloji dəyişikliklər barədə proqnoz sahibi olmağa imkan yaradır.

Mühəndis-geologiya hesabatında təqdim edilən tədqiqat nəticələri layihəçilərə qeyd olunmuş şəraitdə işlənə bilən tikinti materiallarının növlərini müəyyən etməyə və həmçinin tikintidə istifadə olunacaq konstruksiyaların növləri və ölçülərini təyin etməyə imkan verir. Bütün bunların nəticəsində də sifarişçi, məsələn, zərurət olmadığı halda daha bahalı materiallar almaq və s. bu kimi əlavə xərclərdən qurtulmuş olur. Digər tərəfdən isə müştəri özü də gələcək obyektin etibarlı və uzunömürlü olması ilə bağlı əminlik əldə edir.

joomla templates

Rambler's Top100
счетчик посетителей сайта