beteko.az

Bazar ertəsi, 19 Noy. 2018

Tikinti işləri

Beteko”nun mütəxəssisləri işlərin yerinə yetirilməsi zamanı dünyanın aparıcı tikinti avadanlığı istehsalçılarının ən müasir texnikasından istifadə edirlər.






Artıq uzun müddətdir ki, tikinti işlərinin yerinə yetirilməsi ilə məşğul olan “Beteko Group” şirkəti bu sahədə ən yüksək səviyyəli professional kimi məşhurdur. Ümumiyyətlə, şirkətimiz bazarda mövcud olan vəziyyəti anındaca hiss edən və ilk baxışda standart görünən məsələlərin həllində yenilikləri duyan birincilər arasında tanınır. “Beteko” özül yerinin qazılması və bünövrənin qoyulmasından başlamış, divarların və damın tikilməsi, daxili və xarici divarların üzlənməsi, qapı və pəncərə bloklarının quraşdırılmasına kimi obyektin tikilməsi üzrə bütün işləri yerinə yetirir.

Obyektlərin tikintisi zamanı müasir texnologiyalardan istifadə edən “Beteko Group” şirkəti, bununla da işlərin aparılması müddətini əhəmiyyətli dərəcədə qısaldır. Burada mühüm məqam odur ki, işlərin görülməsində müddətlərin azalması ilə eyni zamanda keyfiyyət artır və qiymət optimallaşır.

“Beteko”nun mütəxəssisləri işlərin yerinə yetirilməsi zamanı dünyanın aparıcı tikinti avadanlığı istehsalçılarının ən müasir texnikasından istifadə edirlər. Şirkətin bütün iş briqadaları təcrübə və peşəkarlıqları keçirilmiş sertifikasiyalar və attestasiyalarla dəfələrlə sübuta yetirilən yüksək səriştəli işçilərdən təşkil edilmişdir.

joomla templates

Rambler's Top100
счетчик посетителей сайта