beteko.az

Şənbə, 22 Sent. 2018

Metal konstruksiyaların quraşdırılması

“Beteko Group” şirkətinin mütəxəssisləri konstruksiyaların layihələşdirilməsi zamanı proqram təminatı sahəsində son nailiyyətlərin imkanlarından geniş istifadə edirlər. Layihələşdirməyə belə yanaşma, gələcək məmulatın çəkisini azaltmağa və onun istehsalına çəkilən xərcləri optimallaşdırmağa imkan verir.



Bu gün, tikinti xidmətləri bazarında metal konstruksiyalar getdikcə daha çox tələb olunmaqdadır. Belə konstruksiyaların tətbiq sahəsi günü-gündən genişlənir. Sənaye müəssisələri, ticarət zalları, anbarlar, konsert-əyləncə kompleksləri kimi obyektlərin tikintisi zamanı metal konstruksiyalar tətbiq etmədən mümkün deyildir.

“Beteko Group” şirkəti bu tikinti məmulatını həm sifarişçinin çertyojları və eskizləri əsasında, həm də ki, özünün həll variantları əsasında hazırlayır və quraşdırır. Kran dirəkləri, fermalar, pilləkan meydançaları, çənlər, eyvan platformaları, dam günlükləri, çəpərlər – şirkətimizin mütəxəssisləri müştərinin hər hansı, hətta ən cürətli ideyasının belə həyata keçməsinin optimal variantını tapacaqlar.

“Beteko Group” şirkətinin mütəxəssisləri konstruksiyaların layihələşdirilməsi zamanı proqram təminatı sahəsində son nailiyyətlərin imkanlarından geniş istifadə edirlər. Layihələşdirməyə belə yanaşma, gələcək məmulatın çəkisini azaltmağa və onun istehsalına çəkilən xərcləri optimallaşdırmağa imkan verir.

Metal konstruksiyaların hazırlanması üçün istifadə edilən avadanlığın üzərində xüsusi dayanmaq lazımdır. Müasir və texnoloji cəhətcə kamil olan bu avadanlıqda buraxılan detalların ölçülərinə yüksək dəqiqliklə riayət etmək mümkündür. “Beteko Group”da çalışan professionallar tərəfindən yerinə yetirilən quraşdırma işlərinin keyfiyyəti, sifarişçiyə qurulan konstruksiyanın ən yüksək etibarlıq dərəcəsinə malik olması barədə əminlik hissi verir..

joomla templates

Rambler's Top100
счетчик посетителей сайта