beteko.az

Bazar ertəsi, 19 Noy. 2018

Boru kəməri

Şirkətin işçi briqadaları tərəfindən həyata keçirilən layihələrin yüksək səviyyəsi, “Beteko Group”un müştərilərinin daima ona müraciət etmələrinə gətirib çıxarır.






Boru kəmərinin çəkilməsi və quraşdırılması üzrə işlərin keyfiyyətlə yerinə yetirilməsi elə mühüm amillərdən sayılır ki, onu nəzərə almamaq mümkün deyildir. Çünki, bu işdə ola bilən ən kiçicik nöqsan və ya zədə çox iri miqyaslı fəsad nəticələrə gətirib çıxara bilər. Məhz elə bu səbəbdən də bu qəbildən olan işlərin yerinə yetirilməsinə professionalları cəlb etmək lazımdır.

“Beteko Group” şirkəti ən qısa müddətdə sifarişçi üçün boru kəmərlərinin müxtəlif variantlarını – su kəməri, kanalizasiya və qaz kəmərləri, ventilyasiya, yanğınəleyhinə və s. kəmərlərin çəkilməsini təmin edə bilər. Bütün işlərin həm sifarişçinin layihələri əsasında, həm də “Beteko”nun öz mühəndisləri tərəfindən hazırlanmış layihələr əsasında yerinə yetirilməsi mümkündür. Kəmərlərin bütün hesablanmış variantları zəruri tələblərə və normativlərə uyğunluq baxımından yoxlanılır və sonra müvafiq sertifikatlar alır.

Şirkətimizdə çalışan professionallar yüksək texnoloji avadanlıqda işləyirlər ki, bu da layihənin ideal şəkildə alınmasına zəmin yaradır. Xüsusi olaraq isə, qaynaq işlərinin yüksək keyfiyyətini qeyd etmək lazımdır. Belə keyfiyyət ən müasir aparatlardan istifadə etməklə əldə edilir. Şirkətin işçi briqadaları tərəfindən həyata keçirilən layihələrin yüksək səviyyəsi, “Beteko Group”un müştərilərinin daima ona müraciət etmələrinə gətirib çıxarır.

joomla templates

Rambler's Top100
счетчик посетителей сайта