beteko.az

Şənbə, 22 Sent. 2018

Elektrik işləri

“Beteko Group” şirkəti elektrik avadanlığı istehsalçıları ilə partnyorluq əlaqələrini daim inkişaf etdirir. Şirkət hər bir növdən olan elektrik-quraşdırma işlərini keyfiyyətli şəkildə yerinə yetirmək üçün bütün zəruri texnikaya malikdir.



Obyektin elektrik enerjisi ilə təmin olunması üzrə işlərə başlandığı zaman nəzərə almaq lazımdır ki, bu məsələnin həllinə kompleks yanaşma - ən rahat və iqtisadi cəhətcə ən sərf edən bir həlldir. Hər hansı bir obyektin elektrik enerjisi ilə təminatı sisteminin layihələşdirilməsi və praktikada həyata keçirilməsi imkanını professionallara yaratmaqla, sifarişçi əmin ola bilir ki. bütün bu işlər ən maksimal effektivliklə və minimal müddətlərə görüləcəkdir.

“Beteko Group” elektrik təminatı ilə əlaqədar bütün işləri –obyektlərə xətlərin çəkilməsindən başlamış, obyektdaxili elektrik şəbəkələrinin qurulmasına qədər olan bütün işləri yerinə yetirir. Şirkətimiz müştərinin bütün tələblərini nəzərə alır. Bu zaman mütəxəssislərimiz xətlərə düşəcək yükün əvvəlcədən hesablanmasını yerinə yetirir, texniki sənədlərin tərtib edilməsini həyata keçirir, sifarişi tərtib edir və elektrik enerjisi istehsalçısı ilə sifarişçi üçün ən sərfəli şərtlərlə müqavilə bağlayırlar.

“Beteko Group” şirkəti elektrik avadanlığı istehsalçıları ilə partnyorluq əlaqələrini daim inkişaf etdirir. Şirkət hər bir növdən olan elektrik-quraşdırma işlərini keyfiyyətli şəkildə yerinə yetirmək üçün bütün zəruri texnikaya malikdir. “Beteko” təhvil-təslim sənədlərinin hazırlanmasını öz üzərinə götürür və buraxılış-sazlama işlərini yerinə yetirir. Beləliklə də, yalnız “Beteko Group”un nümayəndəsi ilə ünsiyyət saxlayan sifarişçi, müxtəlif məsələləri digər təşkilatlarla nizamlamaq zərurətindən xilas olur. Bununla da o, öz vaxtına, puluna qənaət edir və sonda bütün işləri yerinə yetirilmiş obyekti qəbul edir.

joomla templates

Rambler's Top100
счетчик посетителей сайта