beteko.az

Şənbə, 21 Okt. 2017

Təhlükəsizlik texnikası

“Beteko Group” şirkətinin siyasətində əsas vurğulanan məqam odur ki, heç bir istehsal məqsədləri normativ aktlarla və sağlam düşüncə ilə nəzərdə tutulmuş ehtiyatlılıq və təhlükəsizlik tədbirlərinin pozulmasına bəraət qazandıra bilməz.



Növündən asılı olmayaraq hər hansı bir tikinti işinin yerinə yetirilməsi, təhlükəsizlik texnikasının bütün şərtlərinə mütləq riayət olunmanı tələb edir. Çünki, yalnız bu halda bədbəxt hadisələrdən, avadanlığın sınmasından və sıradan çıxmasından, materialların və komplektləşdirici hissələrin zədələnməsindən, personalın peşə xəstəliklərinə düçar olunmasından qaçınmaq olar.

Tikinti obyektlərində və işlərin yerinə yetirilməsi zamanı fövqəladə hadisələrin yaranmasının qarşısının alınması üçün zəruri tədbirlər Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmişdir. Bu tədbirlər siyahısı tikinti fəaliyyəti ilə məşğul olan təşkilatların daxili sənədlərində də öz əksini tapmalıdır.

“Beteko Group” şirkəti fəaliyyət göstərdiyi bütün obyektlərdə personal üçün təhlükəsiz olan və texnikanın müntəzəm işini təmin edən şəraiti təmin edir. Şirkətin bütün əməkdaşları və mütəxəssisləri təhlükəsizlik texnikası qaydaları ilə tanış edilmişlər və bu şərtlərə mütləq riayət edirlər.

“Beteko Group” şirkətinin siyasətində əsas vurğulanan məqam odur ki, heç bir istehsal məqsədləri normativ aktlarla və sağlam düşüncə ilə nəzərdə tutulmuş ehtiyatlılıq və təhlükəsizlik tədbirlərinin pozulmasına bəraət qazandıra bilməz.

joomla templates

Rambler's Top100
счетчик посетителей сайта