beteko.az

Şənbə, 22 Sent. 2018

Ekologiya

“Beteko Group” şirkətinin mütəxəssisləri kövrək təbiət balansının qorunub saxlanması istiqamətində daima və fasiləsiz şəkildə tədbirlər həyata keçirirlər.







ВMüasir dünyada ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələlərə getdikcə daha çox diqqət ayrılmaqdadır. Bu problemin mühümlüyü göz qabağındadır. Təbii ki, gələcəyi düşünən hər bir şirkət fəaliyyətinin ekologiyaya vura biləcək mənfi və zərərli təsirini sıfıra bərabər etməyə çalışmalıdır.

“Beteko Group” şirkətinin mütəxəssisləri kövrək təbiət balansının qorunub saxlanması istiqamətində daima və fasiləsiz şəkildə tədbirlər həyata keçirirlər. Hazırlıq mərhələsində olan hər bir layihə ekoloji baxımdan qiymətləndirilir, onun gələcək fəaliyyətinin potensial təhlükə səviyyəsi, insanların sağlamlığına təsiri dərəcələri müəyyən edilir. Eyni zamanda, hər hansı bir layihə sənədləşməsi tərtib edilən zaman “Beteko Group” şirkətinin mütəxəsisləri ətraf mühitin mühafizəsi tədbirləri hazırlayırlar. Bu tədbirlər müxtəlif növ işlərin yerinə yetirilməsini əhatə edə bilər. “Beteko” özünün bütün obyektlərində “Tikinti tullantıları ilə davranma üzrə texniki Reqlament”in tələblərinə riayət olunmasına çox ciddi nəzarət edir.

“Beteko Group” şirkəti tərəfindən ətraf mühitin mühafizəsi yönündə fəal şəkildə inkişaf etdirilən istiqamətlərdən biri də tikinti işlərində ekoloji cəhətcə təhlükəsiz materiallardan və enerjiyə qənaət edən texnologiyalardan istifadədir.

joomla templates

Rambler's Top100
счетчик посетителей сайта